Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1674
30.10.2021, 21:14
Hamımızın Pul Ağacı kimi tanıdığı – Crassula bitkisi. Fen-şuy nəzəriyyəsinə görə evinizdə crassula bitkisi bəsləyirsinizsə, bu bitki sizə xoşbəxtlik, bərəkət və bolluq gətirir. Əgər bitkinin torpağına bir də xırda pul qoysanız bitki sahibinə pul və bərəkət olaraq geri qayıdacaqdır. Bitki böyüyüb pöhrələndikcə siz də varlanacaqsınız. Bu doğrudanda elədirmi? Bu gün bir bax kanalında, Xəyalənin saatında çox maraqlı bir videomuz var. diqqətiniz məndə olsun.
Vətəni Afrika Crasula bitsinin yarpaqları qızıl pula bənzədildiyi üçün ona pul ağacı deyirlər. Onun yarpaqlarının ətli olmaları var dövlətin simvolu hesab edilir. Başqa sözlə, bu ağacın vəziyyəti ailənin maddi vəziyyəti ilə birbaşa bağlıdır.
Şans və bərəkət gətirməsindən başqa, crassula insan bədəninə və ruhuna müsbət enerji və tarazlıq təmin edən yağlar istehsal edir. pul ağacının yarpaqlarında çox miqdarda efir yağları var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü virusəleyhinə, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir:
•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);
•Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;
•Varikoz;
•Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;
•Babasil;
•Pielonefrit, sistit;
Həmçinin oxuyun
Krasulla günəş şüalarını çox sevir, lakin həddi aşaraq, qızmar günəş altına qoymaq lazım deyil. Bitki kifayət qədər günəş işığı aldıqda onun yarpaqlarının kənarları qırmızı olacaq. Həddən çox işıqlandırma olduqda isə yarpaqlar tündləşir.
Torpağı hər altı aydan bir dəyişmək tövsiyə olunur, bu zaman ağac kömürü və ya kül əlavə etməniz yaxşı olardı. Drenaj təbəqəsi 4 sm-dən çox ola bilməz. Torpaq qatışığının üçdə bir hissəsini kiçik çınqıl dənələri təşkil etməlidir. Krasullanı yayda eyvana çıxarın. Yarpaqları nəm əsgi ilə silməyiniz məsləhət olunur.
Crassula yarpaqları və gövdəsi bitki çoxaltmaq məqsədilə istifadə edilir. Dibçəkdə asanlıqla becərilən crassula bitkisi evinizə çox fərqli bir hava və enerji verir. Bundan başqa, bağınızda də yetişdirilə bilər.
17:09 / 13 Dekabr 2025
19
16:55 / 13 Dekabr 2025
54
15:58 / 13 Dekabr 2025
49
15:47 / 13 Dekabr 2025
47
15:39 / 13 Dekabr 2025
63
15:08 / 13 Dekabr 2025
1728
14:50 / 13 Dekabr 2025
67
14:38 / 13 Dekabr 2025
97
14:28 / 13 Dekabr 2025
86
14:22 / 13 Dekabr 2025
79
14:12 / 13 Dekabr 2025
253
13:14 / 13 Dekabr 2025
1256
13:07 / 13 Dekabr 2025
779
12:58 / 13 Dekabr 2025
575
12:16 / 13 Dekabr 2025
1151
12:08 / 13 Dekabr 2025
130
11:44 / 13 Dekabr 2025
85
11:30 / 13 Dekabr 2025
107
11:09 / 13 Dekabr 2025
967
11:07 / 13 Dekabr 2025
436
10:25 / 13 Dekabr 2025
1178
09:15 / 13 Dekabr 2025
904
09:06 / 13 Dekabr 2025
1023
08:45 / 13 Dekabr 2025
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.